Ailənin inkişafında böhranlı dövrlər

Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Belə ki;

— Öz “məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik
— Müsbət emosiyalara olan tələbatın ödənilməməsi
— İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi
— Müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s. Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər.
Davamı →

Ailə zorakılığı və onun fəsadları

Ailədə aqressiya tez-tez rast gəlinən haldır. Çox təəssüf ki, ondan heç kim sığortalanmayıb.

Zorakılıq ailə dəyərlərinə, ümumiyyətlə münasibətlərə yarası çətin sağalan zərbə vurur. Belə zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır.

Ailə zorakılığı cinayətə şərait yaradır ki, bu da sonda azadlıqdan məhrum olma faktına qədər gətirib çıxara bilir.

Statistik məlumatlara görə hər dördüncü cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verir. Bu fakt artıq bu məsələnin ön plana çıxarılmasının vacibliyini göstərir.

Ailə daxili zorakılıq insana müxtəlif dərəcəli zərər vurulmasına gətirib çıxarır. Bura tənqid, təhqir, şəxsiyyətin alçaldılması, hətta ölüm faktları daxildir.


Ardı →

Ailə münasibətlərini necə qorumalı?

Qari Çapman ABŞ-da insan münasibətləri üzrə mütəxəssis. Onun ailə və insan münasibətlərindən bəhs edən, 1992-ci ildə qələmə aldığı “Beş sevgi dili” kitabı 5 milyon tirajla satılmış, 38 dilə çevrilmişdir. Kitabdan seçmə hissələr:
Siz sevgilinizlə oturub danışmaq istəyirsiniz, amma o sizə çiçək göndərir. Siz ev yeməyi yemək istəyirsiniz, amma o sizə sarılaraq doyur. Problem sevginizdə deyil, sevgi dilinizdədir. İnsanlar sevgilərini aşağıdakı şəkildə ifadə edirlər:
1. Tərifedici sözlər.
2. Keyfiyyətli zaman.
3. Hədiyyə alma.
4. Xidmət fəaliyyəti.
5. Fiziki təmas.
Sevgi dili “hədiyyə almaq”olanlara bəzi məsləhətlər:
1. Hədiyyələrlə özünüzü göstərə bilərsiniz: Səhər yoldaşınız üçün bir qutu şokolad qoyun (əgər sağlamlığında problemlər varsa seçiminizi dəyişə də bilərsiniz); günortadan sonra arvadınıza çiçək göndərin (əgər çiçəyə qarşı allergiyası yoxdusa); axşam ona bir köynək hədiyyə edin. Arvadınız sizdən “Nə baş verir?” soruşsa “sadəcə sevgimizi artırıram” deyin.
2. Təbiət köməkçiniz olsun: Məhəllədə gəzintiyə çıxanda arvadınıza verəcəyiniz bir hədiyyə axtarın. Bu bir daş, bir budaq parçası, bir çiçək də ola bilər (çiçək öz bağçanızda deyilsə, qonşunuzdan icazə almağı unutmayın). Təbii ki, hədiyyənizə xüsusi bir məna da verə bilərsiniz. Misal üçün, kiçik bir hamar daş  parçası evliliyinizdəki mübahisəli bir çox nüansların artıq öhdəsindən gəldiyinizi göstərə bilər. Bir gül belə sizə xanımızda gördüyünüz gözəlliyi xatırlada bilər.
3. Əl işi olan hədiyyələrin dəyərini unutmayın. Arvadınız üçün özünüz bir hədiyyə düzəldin. Bunun üçün bir sənət və ya əl işi kursuna yazılmağınız da lazım ola bilər. Məqsədiniz arvadınıza hədiyyə düzəltməkdir. Əl işi olan bir hədiyyə xüsusilə bir ailə yadigarı halına çevrilə bilər.
4. Arvadınıza bir həftə boyu hər gün hədiyyə verin. Bu əlamətdar bir günə təsadüf edilən həftə olmaya da bilər. Əgər enerjili insansınızsa bunu bir ay da edə bilərsiniz. Xeyir, arvadınız bunu bir ömür boyu davam etmənizi istəməyəcək.
5. Bir “Hədiyyə fikirləri dəftəri” tutun. Arvadınız “ Bunu doğurdan çox sevirəm”, “Ah, bunlardan bir dənəsi də məndə olsaydı” kimi dedikcə dəftərin hər səhifəsinə qeyd edin. Diqqətlə dinləyin, çox keçməz ki, uzun bir siyahınız olacaq. Bu hədiyyə seçmək zamanında köməyinizə gələ bilər.
 
6. “Kömək edin, başım şişdi!” Arvadınız üçün necə hədiyyə seçmək lazım olduğunu bilmirsinizsə arvadınızı yaxından tanıyan bir dost ya da qohumunuzdan kömək istəyə bilərsiniz. Çox adamın sevdikləri insana hədiyyə almaqdan xoşu gəlir, xüsusilə də bu hədiyyə sizin pulunuzla alınırsa.
7. Varlığınızı hədiyyə edin. “Bu ay səninlə istədiyin yerə gedəcəyik. Mənə vaxtını desən səninlə getmək üçün əlimdən gələni edərəm” deyin. Hazırlaşın! Kim bilir bəlkə də simfoniya, ya da xokkey sizin də xoşunuza gələr.
8. Arvadınıza bir kitab verin və özünüz də oxuyacağınızı deyin. Hər həftə bir hissəni birlikdə müzakirə edəcəyinizi bildirin. Amma sizin bəyəndiyiniz, oxumağını istədiyiniz kitabı deyil, məhz onun maraq dairəsinə uyğun kitabı hədiyyə edin. Bu kitab seks, futbol, əl işi, pul haqqında, uşaq böyütmə, din və yaxud hər hansı mövzuda ola bilər.
9. Uzunömürlü bir hədiyyə verin. Arvadınızın doğum günündə, toyunuzun il dönümündə və yaxud başqa bir gündə arvadınızın adından üzv olduğu hər hansı bir xeyriyyə təşkilatına ianə verin. Təşkilatdan isə arvadınıza bildiriş göndərilməsini xahiş edin. Xeyriyyə təşkilatı qədər arvadınız da həyəcanlanacaqdır.
10. Canlı bir hədiyyə verin. Arvadınızın adına bir ağac əkin. Öz bağçanıza da əkib, sulayıb böyüdə bilərsiniz. Yaxud tez-tez getdiyiniz bir parkda da əkə bilərsiniz. Bunu etdiyiniz üçün hər il təşəkkür qazanarsınız. Alma və ya başqa bir meyvə ağacı əksəniz daha çox savab qazanarsız. 
Davamı →

Evliliyiniz təhlükə qarşısındadır? | Test

Kişiyə aid isuallar: 
1. Siz bütün həyatınızı dəyişmək və hər bir şeyi yenidən başlamağı düşünürsünüz?'
2. Siz həyat yoldaşınızın o qədər də zövqlə geyinmədiyini düşünürsünüz?
3. Pis yatırsınız? 
4. Evdə boş vaxtlarınızı keçirmək xoşunuza gəlir? 
5. Yoldaşınızın hansı rəngdən və hansı kitabdan xoşu gəldiyini bilirsiniz? 
6. Subay olduğunuz zamanları tez-tez yadınıza salırsınız?
7. Düşünürsünüzmü ki, boş vaxtlarınızı keçirmək üçün hərənizin öz seçimi olmalıdır?
8 Həyat yoldaşınızı başqa qadınlar ilə müqayisə edirsiniz?
9. Evdən kənarda tez-tez dostlarınız ilə görüşürsünüz?
10. İşdən evə pis əhval-ruhiyyəni tez-tez “gətirirsiniz”? 
Ardı →

Yeni ailə həyatı quranların 6 səhvi

Evililiyin başlanğıcında cütlüklərin 6 səhvi:
Evliliyin ilk ayalrında ərköyünlük edərək ortaq mənfəətlərinizi gözdən qaçırmayın. Çox romantik olmasa da, evlilikdə ilk il maddi cəhətdən edilməli işlərin siyahısı  əsasdır. Əgər bir neçə il ərzində ev almaq fikriniz varsa, pulu ehtiyatla xərcləməlisiniz. 

Pul – pul yeni evlənənlərin çox müzakirə etdiyi bir mövzudur. Ortaq məxrəcə gəlmək mümkün olmadığı zaman boşanmaya səbəb ola bilər. Pulu necə yığmaq və düzgün xərcləməyi danışın. Ağlınızdakı şübhələri bir-birinizə deyin. Ailənizin gələcəyi üçün pul yatırımı haqqında fikirləşin. 

Dostlarınızla yadlaşmaq – evləndikdən sonra cütlüklər dostlarını ikinci planda saxlayır. Dostlarınızı ailənizdən və özünüzdən uzaqlaşdırmamalısınız. Dostluq etmə bacarığı və xeyirxahlığınızı evliliyə görə gizlətməməlisiniz. Dostlarınızı özünüzdən uzaqlaşdırmaq və evinizə gəlməməyini istməmək (bir-iki ay ola bilər), evliliklə bağlı onları tələsdirmək, həyat yoldaşınızın həmişə yanınızda olmağını istəmək şəklində özünü göstərə bilər. Dostlarınızın  sizdən uzaqlaşmamağı üçün birlikdə yaxşı keçirin və mütləq evinizə dəvət edin. 

Kilo almaq – yeni evlənənlər bal ayından sonra sürətlə kilo almağa başlayır. Bunun üç səbəbi ola bilər. “Evləndim və məni bəyənən artıq bəyənib” deyib, yeməklərə fikir verməmək düzgün yanaşma deyil. Bütün günü evdə vaxt keçirmək və yağlı yeməklər yemək də kilo almağı sürətləndirir. Formada qalmaq üçün nə etməlisiniz? Evləndikdən sonra idmana vaxt ayırıb, kilonuzu qoruya bilərsiniz. 
Ardı →

Uşaqları düşündünüzmü heç?

Valideyn sabah davamçısı olacaq övlad böyüdür. Əgər o ailədə böyük-kiçik yeri bilinmirsə, o evdə ailə dramı yaşanırsa, uşaq hansı ruhda tərbiyə alacaq, onun qəlbində ətrafına, ata-anasına qarşı insanlıq, sevgi cücərtiləri, yoxsa vəhşilik baş qaldıracaq? 

Statistika göstərir ki, ötən ilin ilk doqquz ayı ərzində boşanmaların sayı nikahdan daha çox olub. Bu isə arzuolunmaz haldır. Boşanmalardan da əziyyət çəkən, ilk növbədə, uşaqlardır. Belə hallar onların əhvali-ruhiyyəsinə təsirsiz ötüşmür, psixoloji baxımdan sarsıntılara səbəb olur. Telekanallar, mətbu orqanlar, elektron informasiya vasitələri Azərbaycanın  regionlarında, eləcə də paytaxtımızda baş verən ailə faciələrindən bəhs edir. Həyəcansız, göynərtisiz oxuya bilmirsən bu xəbərləri. İş o yerə çatıb ki, balta, kürək və digər müxtəlif alətlərlə ağlasığmaz amansızlıqlar edilir, insan başı kəsilir. Oğul atanı, kişi qadını, qadın kişini öldürür, qardaş qardaşın, bacının qanını tökür. Bu hadisələrin əksəriyyətinin azyaşlı uşaqların, yeniyetmələrin gözləri qarşısında baş verməsi isə dəhşətdir. 

Valideyn sabah davamçısı olacaq övlad böyüdür. Əgər o ailədə böyük-kiçik yeri bilinmirsə, o evdə ailə dramı yaşanırsa, uşaq hansı ruhda tərbiyə alacaq, onun qəlbində ətrafına, ata-anasına qarşı insanlıq, sevgi cücərtiləri, yoxsa vəhşilik baş qaldıracaq?

Seriallar da ailə dağılmalarında az rol oynamır. Çünki serialların əksəriyyətinin mövzusu amansızlıq, yumşaq dillə desək, qaba rəftar, qeyri-səmimilik, adət-ənənələrə yadlaşma  üzərində qurulub. Əlbəttə, bu da insana yaxşı şey təbliğ etmir. 

Ailədə övlad böyüyür, bir ailənin, bir elin, bir obanın təəssübünü çəkəcək övlad. Onun sağlam ruhda böyüməsi, düzgün tərbiyə alması həm valideyndən, həm cəmiyyətdən, həm də telekanallarımızdan böyük məsuliyyət tələb edir. 


Davamı →

Xəyanət dəbə çevrilir

Ailəli bir qadın tanıyırdım. Sovet sistemi dağılana qədər zavodların birində fəhlə işləyirdi. Zavod fəaliyyətini dayandırandan sonra isə işsiz qaldığı üçün ailəsinə qazanc gətirmək adı ilə Türkiyəyə üz tutdu. Əri və uşaqları Azərbaycanda qalan qadından bir ilə yaxın səs-soraq eşidilmədi.
Haqqında cürbəcür şayiələr gəzməyə başladı. Kimi dedi ailəsini tamam atıb, kimi dedi Türkiyədə öldürülüb. Nəhayət, uzun müddət evindən və ailəsindən ayrı düşən qadın günlərin birində tapılaraq Azərbaycana döndü. Özünü təmizə çıxarmaq üçün «daşdan keçən» bir arayış da gətirdi. Bu arayış heç bir sənət sahibi olmayan qadının yoxa çıxdığı müddətdə Türkiyədə hansısa qurumda "çalışdığını təsdiqləyirdi". Əslində arayış onun ərinə və uşaqlarına lazım deyildi, o, yalnız ətrafdakı insanların gözündən pərdə asmaq üçün alınmışdı.


Ardı →

Azərbaycanlılar niyə boşanır?

Bizim ailələrin bir nömrəli problemi: gəlin-qayınana davası...

Qayınana haqlıdır, yoxsa gəlin? Qədimdən indiyə kimi mövcud olan bu suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda cox acınacaqlı bir nəticə verir. Əksərən, boşanmalara gətirib çıxardır. Az hallarda isə tərəflərin birinin ölümünə səbəb olur. Gəlin-qaynana münasibətlərinin gərginləşməsi nəticəsində yaranan problemlərdən danışan Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Vəsilə Möhsümova bildirdi ki, gəlin-qayınana münasibətlərinin kəskinləşməsi nəticəsində gəlinlər müəyyən zorakılıqlara məruz qalırlar.
Davamı →

Mənim pulum

Zərifə havaların qızdığını görən kimi, yay təmizliyinə başladı. Yorğan, döşək, nə varsa, tökdü eyvana. Təbii ki, bir o qədər də paltar çıxdı yumaq üçün. Bütün günü bu işlərlə məşğul oldu. Axırda elə yorulmuşdu ki, əlini qaldırmağa belə halı qalmamışdı. Xalid evə gələndə, həmişəki kimi, televizorun qarşısına keçdi. Zərifə bütün günü gördüyü işlərdən, necə yorulmağından danışdı. Xalid bir tərəfdən televizora baxır, bir tərəfdən də Zərifəni dinlədiyini göstərmək üçün dediklərini təsdiq edirdi. Nəhayət, Zərifə özündən çıxdı və gedib televizoru söndürdü…
Ardı →

Və mən yetim qalmışam-qadından yetim...

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq ?!

Ramiz Rövşən


Məzarının baş ucunda oturmuşam… Çoxdan oturmuşam. Soyuqdur.
Donmuşam deyəsən. Tərpənmək istəmirəm. Başdaşındakı şəklinə baxıram. Gülümsəyirsən, amma bəbəklərinə hopub bədbəxtliyin.
Bu şəkli mən çəkmişdim. Fotoaparat hədiyyə olunan gün. Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadınlardan biri bağışlamışdı onu.

Ardı →